...

Latviyada Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2014 13:35 (UTC +04:00)
Latviyadakı Riqa Klassik Gimnaziyasında "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
Latviyada Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Latviyadakı Riqa Klassik Gimnaziyasında "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Azəraycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Gimnaziyanın şagirdləri anım günü münasibətilə Xocalıda baş verən hadisələrlə bağlı hazırladıqları kiçik səhnəciyi nümayiş etdiriblər.

Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Respublikasının Latviya Respublikasındakı səfirliyinin nümayəndələri, Latviyanın kütləvi informasiya vasitələrinin, latış və rus xalqının təmsilçiləri və burada yaşayan azərbaycanlılar iştirak edib.

Tədbirdə Ocaq Latviya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Aliyev, Azərbaycanın Respublikasının Latviya Respublikasındakı səfirinin müşaviri Gəray Muradov və digərləri çıxış edərək erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırım haqqında geniş məlumat veriblər.

Qeyd edək ki, "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzininrəhbəri Roman Aliyev eyni zamanda Riqa Klassik Gimnaziyasın direktorudur. Gimnaziyada azərbaycanlılarla yanaşı, ruslar latışlar da təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti