Əli Həsənov: Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr kağız üzərində qalır

Əli Həsənov: Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr kağız üzərində qalır

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Mehdiyev/

Son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Fransanın Strasburq şəhərində qeydiyyatdan keçmiş və özündə müxtəlif üzv ölkələrin aparıcı media qurumlarının Avropa Şurası yanında akkreditasiya olunmuş müxbirlərini birləşdirən "Avenue Europa" Assosiasiyasını təmsil edən jurnalistlərlə bugünkü görüşündə deyib.

Ə.Həsənov jurnalistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Baş nazirin müavini qeyd edib ki, XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazilərindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.

Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını mətbuat işçilərinin diqqətinə çatdırıb.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib.

Ə.Həsənov həmçinin bildirib ki, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə Ermənistanın təcavüzkar siyasəti pislənilib: "Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyıb".

Baş nazirin müavini bildirib ki, bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır duruma düşüb, əhali ölkəni sürətlə tərk etməyə başlayıb, işğalçı dövlət Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq regional layihələrdən kənarda qalıb: "Lakin bu münaqişə olmasaydı, onlar həyata keçirilən bu layihələrdən faydalanaraq iqtisadiyyatlarını ağır durumdan çıxara bilərdilər. Ötən 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb".

Rəsmi Bakının münaqişənin sülh yolu ilə, ədalətli həllində maraqlı olduğunu qeyd edən Ə.Həsənov bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür.

Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə Azərbaycan hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib: "Dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınıb. Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir".

Baş nazirin müavini bildirib ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir.

Qeyd olunub ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 75 faizə bərabər idi. Lakin görülən tədbirlər nəticəsində bu gün ölkədə yoxsulluq 5 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 15 faizə endirilib.

Görüşdə jurnalistlər diqqətə çatdırıblar ki, səfərin məqsədi ölkəmizin tarixi, mədəniyyəti, dövlətçilik ənənəsi, iqtisadi potensialı barədə məlumatların, ən əsası isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələrinin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasına, daha çox informasiya mübadiləsinə və qarşılıqlı əlaqələrin daha da genişlənməsinə dəstək göstərməkdir.

Vurğulanıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından keçən qısa müddətdə ölkə dinamik inkişaf edib.

Görüşdə maraq doğuran digər məsələlər müzakirə edilib, suallar cavablandırılıb, jurnalistlərə "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı və disk təqdim olunub.

Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib (FOTO)
Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib (FOTO)
Yaranmasının 103 illiyini qeyd edən Azərbaycan ordusu qalib ordudur
Yaranmasının 103 illiyini qeyd edən Azərbaycan ordusu qalib ordudur
Könül Nurullayeva QSL 2021 Digital Sammitində iştirak edib (VİDEO)
Könül Nurullayeva QSL 2021 Digital Sammitində iştirak edib (VİDEO)
Loading Bars
Xəbər lenti
ADU-da “Heydər Əliyev və Şanlı Azərbaycan” konfransının materiallarından ibarət kitab çap olunub
İranda ötən sutka koronavirusdan 115 nəfər ölüb
İrandan Azərbaycana 70 kiloqramdan artıq narkotikin gətirilməsinin qarşısı alınıb (FOTO)
Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib (FOTO)
Yaranmasının 103 illiyini qeyd edən Azərbaycan ordusu qalib ordudur
Gömrük Akademiyası magistratura səviyyəsinə qəbul elan edir
Könül Nurullayeva QSL 2021 Digital Sammitində iştirak edib (VİDEO)
Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib
AÇG və “Şahdəniz” yataqlarından hasil edilən neftin həcmi açıqlanıb
Qum-çınqıl istehsalçıları ilə müvafiq dövlət qurumları arasında müzakirələr təşkil edilib (FOTO)
Azərbaycanda bir sıra cərimələr artırılır
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
"Mediasiya haqqında" qanuna dəyişiklik edilir
Ceyhun Bayramov üç ölkənin XİN rəhbərləri ilə görüşüb
Azərbaycanda qaz hasilatı artıb
Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıb
14 nəfərlik erməni silahlı dəstənin üzvləri 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum edilə bilərlər (FOTO) (ƏLAVƏ OLUNUB)
Sabah 44 dərəcəyədək isti olacaq
Bakıda küçədə vətəndaşı döyüb öldürənlər tutulub
Lənkəranda iki qohumunu güllələyib qətlə yetirən şəxs yaxalandı
Əmək pensiyasına əlavə yeni qaydalarla təyin ediləcək
Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq
Azərbaycanın Tokio-2020-də bayraqdarı müəyyənləşib
Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı
Gəncə, Mingəçevir, Şəki və Şamaxıda yaşayan qazilər Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)
Azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırıldı - SƏRƏNCAM
MEDİA-nın müharibədə iştirak edən əməkdaşı medallarla təltif edilib (FOTO)
Azərbaycan Avtomobil Federasiyasına ağır itki üz verib (FOTO)
Milli Məclis enerji resursları barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib
Azərbaycanda abonentlər enerji auditi sifariş edə biləcək
İnsanlar qida zəhərlənmələrinin əsas infeksiya mənbəyidir - Səhiyyə Nazirliyinin mütəxəssisi
Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir – Sahibə Qafarova
Azərbaycanda qum və çınqıl materiallarına tələbat artıb
Şəmkirdə polisə zor tətbiq edən restoran sahibi həbs olunub
“Azercell”in #QadınDediyin layihəsinin növbəti beynəlxalq uğuru
Azərbaycan Ordusu dünyanın güclü ordularından biri sayılır - Rauf Əliyev
Azərbaycanla Türkmənistan "Dostluq" yatağı üzrə müqavilə layihəsi hazırlayır
Milli Məclisin növbədənkənar iclası başladı
Azərbaycan Şimali Makedoniya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq edə bilər (FOTO)
Qələbəmiz Silahlı Qüvvələr Gününü daha da şərəfləndirdi - Səttar Möhbalıyev
Cəbrayıl rayonunun Şahvəlli kəndi (VİDEO)
DGK iyunun 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək
Kür çayındakı adalarda 21 tona yaxın çətənə kolu əkən şəxslər saxlanılıb (FOTO/VİDEO)
İyunun 28-də avtobuslar işləyəcək? - BNA-dan AÇIQLAMA
Toydan qabaq “Sakin Ol”-un!
3 ölkənin XİN rəhbəri Azərbaycana gəlib (FOTO)
Qaxda mineral su istehsalı sexində ölüm hadisəsi olub
Gəncə Dövlət Universiteti “Ombudsman Ofisinin fəaliyyəti necə qurulmalı” adlı vebinarda təmsil olunub (FOTO)
Goranboyda yabanı çətənə kolları məhv edilib (FOTO)
Avtomobil bazarında yeni tendensiya: Alıcılar bu avtomobillərə üstünlük verir
İyunun 25-də xarici valyutaların manata qarşı məzənnələri
Deputatlar növbədənkənar iclasda 12 məsələni müzakirə edəcək
Arıçı-fermerlərə mina təhlükəsinə dair təlim keçirilib (FOTO)
"Panasonic" "Tesla"dakı payını satdı
Bakıda bu istiqamətlərdə yollarda sıxlıq yarandı
Bayden əfqan liderlərini birliyə çağıracaq
Gəncədə soyğunçuluq edən və narkotik saxlayan şəxslər saxlanılıb (FOTO)
"AmCham" Azərbaycanda işgüzar mühitin təkmilləşməsi üçün atılan addımları dəstəkləyir (ÖZƏL)
Azərbaycan və Ukrayna birgə müəssisələr yaratmağı planlaşdırır
Çinin şimal-qərbində zəlzələ baş verib
Rusiyada təyyarə qəzaya uğrayıb, ekipaj sağ qalıb
Çində təlim mərkəzi yanıb, 18 nəfər ölüb
Peyvənd olunan Britaniya sakinləri ölkəyə dönərkən təcriddən azad edilir
Rusiyanın şərqində iki zəlzələ qeydə alınıb
Florida Qubernatoru evin çökməsi ilə bağlı fövqəladə vəziyyət elan edib
Türkiyədə koronavirusdan sağalanların sayı 5,25 milyonu ötüb
FHN Yasamal rayonundakı yanğınla bağlı yeni məlumat yayıb (VİDEO) (YENİLƏNİB)
Çexiyada tornado ciddi fəsadlar törədib, ölənlər var
Azərbaycan Şimal-Cənub marşrutunun Hindistan limanı ilə əlaqələndirilməsində strateji rol oynayır
"İnstagram"ın işində qüsurlar yaranıb
Prezident İlham Əliyevin sərəncamları ilə 76 min 349 hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib
Çexiya Azərbaycanın azad edilmiş bölgələrinə investisiyalar yatırmaq üçün yeni layihələr hazırlayır - Səfir
Qırğızıstanın Azərbaycana yeni səfiri təyin edilib
Ticari-iqtisadi əlaqələr Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında hərəkətverici qüvvədir - Səfir
Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var
Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub
Qırğızıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
Türkiyə ilə Rusiya prezidentləri Qarabağla bağlı müzakirə aparıb
Xəstəliyi olub əlillik ala bilməyənlər gələn ildən ala biləcəklər - YENİ QAYDALAR
Azərbaycan koronavirusla mübarizədə bütün potensialları ən kamil səviyyədə səfərbər edən ölkə oldu - Aydın Quliyev
Əliağa Kürçaylı küçəsi əsaslı təmir olunur (FOTO)
Azərbaycan Ordusu öz yaranma tarixini qalib kimi qeyd edir
MDU-da “Şuşa bəyannaməsi miqrasiya kontekstində” mövzusunda birgə seminar keçirilib (FOTO)
Səbail rayonunda yerləşən quru otlaq sahələrində iməcilik aksiyası keçirilir
Peyvənd olunaq, virusa "toy tutaq"
Güləşçimiz Olimpiada öncəsi İstanbulda beynəlxalq turnirdə iştirak edəcək
Qazi “DOST İş” Mərkəzində baş mütəxəssis vəzifəsinə təyin edildi
Mətbuat Şurası beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət edib
53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib
Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir (FOTO)
Anar Məmmədova polis general-mayoru ali xüsusi rütbəsi verilib
Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilib
AZƏRTAC ilə “China Daily” qəzeti arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN
Könüllü tibbi sığorta şəhadətnaməsinin tətbiqi qaydaları müəyyənləşib
General Həmidov küçəsi əsaslı şəkildə təmir edilir (FOTO)
Hərbi qulluqçular “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi
Özünüməşğulluq proqramına cəlb olunan qazi və şəhid ailələrinin təsərrüfatlarına mediatur olub (FOTO)
Bütün xəbərlər