...

Azərbaycan Ordusunun iki hərbçisi yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2014 10:17 (UTC +04:00)
Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki hərbçisi yaralanıb.
Azərbaycan Ordusunun iki hərbçisi yaralanıb

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İlkin İzzət/

Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki hərbçisi yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb, vəziyyəti kafidir.

İyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti