...

Azərbaycan Müdafiə Nazirliyi Seyran Ohanyanın təhdidinə cavab verdi: Ermənistana tuşlanmış raketlərimiz Yerevanı yerlə yeksan edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Avqust 2014 13:13 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Respublikasının müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab verib.
Azərbaycan Müdafiə Nazirliyi Seyran Ohanyanın təhdidinə cavab verdi: Ermənistana tuşlanmış raketlərimiz Yerevanı yerlə yeksan edə bilər

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Respublikasının müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab verib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əgər belə bir hadisə baş verərsə, Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaq: "Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir.

Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə, erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaqdır.

Müdafiə Nazirliyi bəyan edir ki, raketləri Ermənistan Respublikası istiqamətində tuşlanmış ordumuz düşmən ölkənin paytaxtı İrəvan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti