...

ATƏT-in missiyaları Azərbaycanın işğal edilmiş ərazilərində etnik ermənilərin məskunlaşdırılmasını təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2014 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

ATƏT-in iki faktaraşdırıcı missiyası Azərbaycanın işğal edilmiş ərazilərində başqa ölkələrdən olan etnik ermənilərin məskunlaşdırılmasını təsdiqləyib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan uzun müddət daxili köçkünlərin problemlərindən əziyyət çəkən ölkələrdən biridir. İyirmi ildən artıq keçməsinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına qaytarılması məsələsi həll edilməmiş qalır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna bitişik rayonlar tamamilə dağıdılıb. ATƏT-in iki faktaraşdırıcı missiyasının işğal edilmiş ərazilərə səfəri və mövcud vəziyyəti qiymətləndirməsi zamanı bu təşkilat dağıntıların yüksək dərəcədə olmasını qeyd edib və Azərbaycanın işğal edilmiş ərazilərində başqa ölkələrdən olan etnik ermənilərin məskunlaşdırılmasını təsdiqləyib.

Ə.Həsənov qeyd edib ki, işğal edilmiş ərazilərin demoqrafik balansının pozulması və məcburi məskunlaşdırma prosesi bu günə qədər davam edir.

Baş nazirin müavinin sözlərinə görə, ölkədə qaçqınlar və məcburi köçkünlər problemi yaranan vaxtdan Azərbaycan hökuməti ona həvalə edilmiş vəzifələri yerinə yetirir. BMT QAK da daxil olmaqla bir sıra beynəlxalq donorların köməyi ilə ölkə hökuməti qaçqınların və daxili köçkünlərin problemlərinin həll edilməsi üçün çoxsaylı tədbirlər görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti