...

Aydın Mirzəzadə: Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın təbliğatını aparır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2014 14:32 (UTC +04:00)
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın təbliğatını aparır. Trend-in məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə mətbuata açıqlamasında deyib.
Aydın Mirzəzadə: Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın təbliğatını aparır

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın təbliğatını aparır. Trend-in məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə mətbuata açıqlamasında deyib.

Deputatın sözlərinə görə, Ermənistan mətbuatı xəbər verir ki, Ermənistanın baş hərbiçisi Seyran Ohanyan özünün rəhbərlik etdiyi ordusunun vəziyyəti ilə bağlı açıqlama yayıb: "O vaxtaşırı hərbini siyasətə qarışdıraraq hətta öz vətəndaşlarının təəccübünə səbəb olan bəyanatlar verir. Uğursuz zabit və ondan da uğursuz siyasətçi Ohanyan bu dəfəki bəyanatı ilə isə ölkəsini lap şoka salıb. Çünki onun dedikləri Azərbaycan siyasətçilərinin və ekspetlərinin dedikləri ilə tamamilə üstü-üstə düşür. Şübhə yoxdur ki, erməni nazir reallığı deyib, ancaq o əvvəl bunu ancaq Ermənistan Prezidentinin yanında qapalı iclaslarda deyirdisə, indi artıq açıq şəkildə deyir. Görünür artıq gizlətməyin mənası yoxdur".

A.Mirzəzadə deyib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan ordusunun hərbi hissələrindən birində olan zaman zabitləri sərt tənqid edib və onları əsgərlərə qarşı kobud münasibətə görə tənqid atəşinə tutub.

Qeyd edək ki, Seyran Ohanyan zabitlərlə görüşdə deyib: "Zabitlərin əsgərlərə qarşı normal münasibət göstərməməsi əsgərlərin həyatına təhlükə yaradır. Heç kəsə sirr deyil ki, zabitlərin son zamanlar "belə fəaliyyəti" çox acınacaqlıdır. Hazırda orduda olan nizam-intizam ciddi şəkildə pozulur".

A.Mirzəzadə bunun tamamilə düzgün fikir olduğunu bildirib: "Bu fikri Azərbaycan tərəfi həmişə deyir və bildirir ki, Ermənistan ordusunda vəziyyət acınacaqlıdır. Bildiririk ki, qonşu dövlətin ordusu pis silahlanır, maddi təchizatı zəifdir, zabit-əsgər münasibətləri quldarlıq dövrünün münasibətlərini xatırladır. Həmçinin Ermənistanda işğal edilmiş Azərbaycan torpaqlarına düşməmək üçün hərbi komissarlıqlara çağırış zamanı böyük rüşvət verilir, ora düşənlərin isə əsgər müavinəti zabitlər tərəfindən zorla əllərindən alınır.

Ohanyan düzünü dedi, ancaq özünün də bildiyi səbəbi dilinə gətirməyə çəkindi. Səbəb isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsindədir. Erməni əsgəri (elə zabiti də) özgə torpaqda olduğunun fərqindədir, o Sarkisyan və ohanyanlar üçün öz həyatını qurban vermək istəmir. Elə Ermənistanın da bütün problemlərinin kökündə məhz işğal faktoru dayanır. Əhali ölkədən qaçır, təsadüfən yaranmış erməni dövləti layihəsi iflasa uğrayır, sabaha ümid yoxdur.

Bütün bunlar da Ermənistan Prezidenti yanında qapalı iclaslarda tez-tez səslənir. O fikirlərin də açıq deyiləcəyi gün uzaqda deyil. Kim gözləyərdi ki, Ohanyan Ermənistan ordusunun içində Azərbaycan tərəfinin sözlərini deyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti