...

Dünya dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini artıracaqlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2014 23:47 (UTC +04:00)
Bu gün inamla demək olar ki, Ukraynada yaranmış mürəkkəb siyasi böhranla əlaqədar, Dağlıq Qarabağ prosesində sakitlik məntiqi nəticəyə gəlib.
Dünya dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini artıracaqlar

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Elmira Tariverdiyeva, Trend-in icmalçısı

Bu gün inamla demək olar ki, Ukraynada yaranmış mürəkkəb siyasi böhranla əlaqədar, Dağlıq Qarabağ prosesində sakitlik məntiqi nəticəyə gəlib. Azərbaycan, Fransa və Ermənistan liderlərinin Parisdə bugünkü görüşü Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sabitləşməsinə daha bir addım olub.

Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dünya oyunçularının diqqətinin qaytarılmasına Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yayda ba verən və xeyli sayda insanın həyatına son qoyan hadisələr səbəb olub. Lakin qeyd etmək lazımdır ki, iki respublika arasında hərbi əməliyyatların dərhal praktiki bərpasından sonra, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri tərəfləri danışıqlar masasına qaytarmaq üçün səy göstəriblər.

Dağlıq Qarabağ münaqişəsi adi dondurulmuş ərazi mübahisəsi deyil. 20 ildən artıqdır ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı əbədi davam edə bilməz və ATƏT-in Minsk qrupunun həmsədrləri anlayırlar ki, münaqişəni ölü nöqtədən tərpətmək üçün Yerevana işğalçı dövlət kimi çoxdan təsir göstərmək lazımdır.

Artıq avqustda Rusiya Prezidenti Vladimir Putin Soçidəki iqamətgahında Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla üçtərəfli görüş keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bundan əvvəl Putin prezidentlərlə ikitərəfli görüşlər keçirib. Bundan sonra təşəbbüsü MQ-nin daha bir həmsədri ABŞ ələ keçirib. Onda da Nyuport şəhərində NATO-nun sammiti çərçivəsində dövlət katibi Con Kerrinin iştirakı ilə iki ölkənin liderlərinin görüşü keçirilib.

Bu gün isə Fransa lideri Fransua Olland Yelisey sarayında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında iki tərəfin liderlərinin növbəti görüşünü çətin ki, hansısa kardinal irəliləyişə gətirib çıxaracaq, dünya dövlətlərinin liderlərinin Dağlıq Qarabağ ətrafında prosesə diqqət faktının özünü müsbət tendensiya saymaq olar.

Görüşün əsas nəticəsi o olub ki, erməni diasporunun kifayət qədər güclü və nüfuzlu olduğu Fransanın lideri bir daha Ermənistan-Azərbaycan ərazi mübahisəsinin həllini mütləq bənd kimi səsləndirib: Ermənistanı razı salan status-kvo qəbuledilməzdir. Bu, üç dövlət liderlərinin Yerevana çatdırılmalı əsas mesajlarından biridir.

Hər halda vasitəçilər bunu da başa düşməlidirlər ki, ciddi nəticə olmadan əbədi protokol görüşlər nəticə etibarilə tamamilə faydasız olacaq, zamanla hətta münaqişə tərəfləri arasında vəziyyətin stabilləşdirilməsi funksiyasını itirə bilər. Ona görə də istənilən liderin dərk etməsi lazımdır: vasitəçi imici - mühüm diplomatik addımdır. Ancaq sülhməramlı adı qazanmaq üçün vasitəçiliyin real bəhrəsini verməyə başlaması lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti