...

Rəsmi Bakı Ermənistan rəhbərliyini boş və demaqoqiya xarakterli bəyanatlar verməkdə suçlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2015 12:52 (UTC +04:00)
Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər.
Rəsmi Bakı Ermənistan rəhbərliyini boş və demaqoqiya xarakterli bəyanatlar verməkdə suçlayır

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Səba Ağayeva/

Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər. Trend-in məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın şərhlərinə cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib.

XİN rəsmisi deyib ki, mahiyyətsiz, boş və demaqoqiya xarakterli bəyanatlar vermək əvəzinə Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək ən tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır.

Qeyd edək ki, Edvard Nalbandyan ATƏT-in Mİnsk qrupu həmsədrləri ilə görüşündə bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh prosesini pozmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti