...

Xocalı soyqrımı Ukraynanın Çerniqov Vilayət Radasında müzakirə olunacaq (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2015 09:55 (UTC +04:00)
Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşkilatçılığı ilə Ukraynanın bir sıra vilayət və şəhərlərində Xocalı soyqrımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
Xocalı soyqrımı Ukraynanın Çerniqov Vilayət Radasında müzakirə olunacaq (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşkilatçılığı ilə Ukraynanın bir sıra vilayət və şəhərlərində Xocalı soyqrımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

Trend xəbər verir ki, Çerniqov Vilayət Radasının binasında keçirilən ilk anım mərasimində Çerviqov administrasiyası rəsmiləri, deputatlar, diaspor fəalları, jurnalistlər, kursantlar, yerli və xarici tələbələr iştirak ediblər. Anım mərasimini Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq ermənilərin son 2 əsrdə xalqımıza və ölkəmizə qarşı həyata keçirtdikləri soyqrım və işğalçılıq siyasəti haqqında ətraflı məlumat verib. Fəxri konsul ermənilərin zaman-zaman Azərbaycana köçürülməsi siyasətindən bəhs edərək imperiya dövlətlərinin ssenarisi əsasında Azərbaycanın əzəli torpaqları üzərində Ermənistan adlı dövlətin yaradılmasını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Erməni silahlı qüvvələrinin 23 il bundan öncə Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri vəhşiliklərdən söz açan fəxri konsul dünya birliyinin və beynəlxalq təşkilatların indiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirib. Bu baxımdan son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin tarixi əhəmiyyətindən söz açan Ə.Salmanov qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasını istəyir: "Əgər ermənilər işğalçılıq siyasətindən əl çəkməsə, bölgədə lider dövlətə çevrilən qüdrətli Azərbaycan dövləti məcburiyyət qarşısında qalıb öz ərazi bütövlüyünü güc yolu ilə bərpa edəcək".

Sonra təbdirə qatılanlar Xocalı soyqırımını özündə əks etdirən sənədli filmə baxmaqla özlərini beynəlxaq arenada yazıq və məzlum xalq kimi qələmə verən erməni hiyləgərliyinin vəhşilik obrazı ilə tanış oldular.

Filmə baxdıqdan sora həyəcan dolu notlarla çıxış edən Çerniqov Vilayət Deputatlar Şurasının sədri Nikolay Zverev, tarixçi alim Anatoli Qançarenko və digər şəxslər ermənilərin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirtdikləri qəddarlıqları tək bir xalqa qarşı deyil, ümumilikdə insanlığa yönəlik bəşəri cinayət olduğunu nəzərə çatdırıblar. Dünya birliyinin və beynəlxalq təşkilatların indiyədək Xocalı faciəsinə hüquqi siyasi qiymət verməmələrindən təəssüfləndiklərini bildirən natiqlər Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə Xocalı soyqırımının Çerniqov Vilayət Radasında müzakirəyə çıxarılacağını və bu tarixi cinayətə hüquqi siyasi qiymət verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olunacağını bildiriblər.
Xocalıda törədilmiş faciəni Azərbaycan xalqına qarşı həyata keçirilmiş əsl soyqrım siyasəti adlandıran vilayət rəsmiləri bu cinayəti törədənlərin beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmasının vacibliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti