...

Səfirlik: Minskdə Belarusun Dağlıq Qarabağ münaqişəsinə mümkün töhfəsi müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2015 13:45 (UTC +04:00)
Səfər çərçivəsində Belarus Prezidenti Administrasiyasında görüşlər planlaşdırılıb. Həmsədrlər, həmçinin Belarusun xarici işlər naziri Vladimir Makeylə görüşəcəklər.
Səfirlik: Minskdə Belarusun Dağlıq Qarabağ münaqişəsinə mümkün töhfəsi müzakirə olunacaq

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Minskdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinin aktual məsələlərini, eləcə də Belarusun bu prosesə mümkün töhfəsini müzakirə edəcəklər. Bunu Trend-ə Belarusun Bakıdakı səfirliyindən deyiblər.

Səfər çərçivəsində Belarus Prezidenti Administrasiyasında görüşlər planlaşdırılıb. Həmsədrlər, həmçinin Belarusun xarici işlər naziri Vladimir Makeylə görüşəcəklər.
Səfər martın 13-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti