...

Fransa XİN Jak Forun Azərbaycan əleyhinə bəyanatını "pensiyaçının fikri" adlandırdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2015 17:23 (UTC +04:00)
"Fransa Azərbaycanın ərazi bütövlüyünə sadiqdir, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Jak Forun bəyanatı isə pensiyaya çıxmış insanın şəxsi fikrindən başqa bir şey deyil".
Fransa XİN Jak Forun Azərbaycan əleyhinə bəyanatını "pensiyaçının fikri" adlandırdı

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Səba Ağayeva/

"Fransa Azərbaycanın ərazi bütövlüyünə sadiqdir, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Jak Forun bəyanatı isə pensiyaya çıxmış insanın şəxsi fikrindən başqa bir şey deyil". Fransa Xarici İşlər Nazirliyinin (XİN) bu mövqeyini XİN-in Kontinental Avropa idarəsinin direktoru Erik Furniye Azərbaycanın Parisdəki səfiri Elçin Əmirbəyovla söhbətində səsləndirib. Bu barədə Trend-ə E.Əmirbəyovun özü məlumat verib.

Daha əvvəl Azərbaycan səfirliyi Ermənistanın bəzi KİV-lərinin məlumatına əsasən iyunun 19-da Yerevanda keçirilmiş NATO Parlament Assambleyasının 89-cu "Rouz-Rout" seminarında J.Forun Azərbaycan əleyhinə bəyanatı ilə bağlı Fransa XİN-ə müraciət etmişdi.

E.Furniye səfirlə söhbətində bəyan edib ki, rəsmi Parisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə sadiq qalır.

E.Əmirbəyov fransız diplomatdan sitat gətirərək qeyd edib: "Jak For hazırda pensiyadadır, heç bir rəsmi vəzifə tutmur və heç bir formada Fransanın rəsmi mövqeyini ifadə edə bilməz. Onun Yerevandakı bəyanatına gəlincə, Ermənistan KİV-lərinin verdiyi formada edilsə belə, Parisdə həmin bəyanat nəzərə çarpmayıb və onlara pensiyaya çıxmış insanın şəxsi fikri kimi yanaşmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti