Bakı. Elçin Mehdiyev - Trend:
"Bu gün Azərbaycan inkişaf etmiş dünyaya inteqrasiya edən bir ölkədir. Bir problem var, o da Dağlıq Qarabağ məsələsidir".
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.
H.Çətin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan üçün deyil, bütün region üçün faydalı olacaq: "Mən bu münaqişənin də sülh yolu ilə həll olunacağına inanıram. Azərbaycan da münaqişənin bu yolla həll olacağını düşünür. Ümid edirəm ki, dünyanın böyük dövlətləri, BMT bu münaqişənin həlli üçün lazımi səy göstərəcəklər".