...

İcra başçısı: Ağdamda həm əhali, həm də əsgərlər arasında çox böyük ruh yüksəkliyi var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2016 14:28 (UTC +04:00)
Ağdamda həm əhali, həm də əsgərlərimiz arasında çox böyük ruh yüksəkliyi var. Əhali müharibəyə çağırış gözləyir ki, hamısı ayağa qalxsın.
İcra başçısı: Ağdamda həm əhali, həm də əsgərlər arasında çox böyük ruh yüksəkliyi var

Bakı. Samir Əli - Trend:

"Ağdamda həm əhali, həm də əsgərlərimiz arasında çox böyük ruh yüksəkliyi var. Sakinlər müharibəyə çağırış gözləyir ki, hamısı ayağa qalxsın. Əhali işğal altındakı ərazilərimizin azad edilməsini çoxdan gözləyir".

Bunu Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısı bildirib ki, rayonun hər hansı bir ərazisinin boşaldılmasından söhbət gedə bilməz: "Bir nəfər də yerindən tərpənməyib. Hamı öz evində, öz işindədir. Təmas xəttinə yaxın ərazilərdə yaşayan sakinlər cəbhəyə doğru getmək istəyir. Kimə yaxınlaşırsan, deyir, bizə döyüşə əmri verin, qalanı bizlikdir".

R.Məmmədov qeyd edib ki, hazırda Azərbaycan Ordusunun Ağdam ərazisindəki hərbçiləri düşmən mövqelərinə ağır artilleriyalardan cavab atəşi verir: "Düşmən tərəf demək olar ki, susdurulub. Kəndlərimizə ciddi ziyan dəyməyib. Əhali arasında itki və yaralanma halı yoxdur. Ağdamda hər şey normaldır, öz axarında davam edir. Ağdam camaatı Azərbaycan əsgərinə güvənir. Ağdam ərazisində bizim tərəfdən heç bir itki yoxdur. Ağdamda itki olması ilə bağlı yayılan məlumatlar şayiədir. Burada itki qeydə alınmayıb. Bütün kəndlərdə, təmaz xəttində vəziyyət daim nəzarətdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti