...

Uorlik: Münaqişənin həlli yolu Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmasındadır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 17:10 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Bakıda və Yerevanda tərəflərə sülh danışıqlarına xidmət edəcək atəşin dərhal dayandırılması zərurəti barədə çağırış edib.
Uorlik: Münaqişənin həlli yolu Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmasındadır (ƏLAVƏ OLUNUB)

Bakı. Yelena Kosolapova - Trend:

ATƏT-in Minsk qrupu Bakıda və Yerevanda tərəflərə sülh danışıqlarına xidmət edəcək atəşin dərhal dayandırılması zərurəti barədə çağırış edib. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, atəşkəs rejiminə riayət etmədən sülh danışıqları mümkün olmayacaq: "Bildiyiniz kimi, ABŞ Minsk qrupunu və onun həmsədrlərini dəstəkləyir. Həmsədrlər Prezident İlham Əliyev, müdafiə və xarici işlər nazirləri ilə çox konstruktiv görüş keçirdilər".

C.Uorlik qeyd edib ki, ATƏT-in Minsk qrupu mülki əhali və hərbçilər arasında qurbanların olmasından dərin təəssüfünü bildirir: "Bu münaqişənin həlli yolunu tapmaq üçün mümkün hər şeyi etmək lazımdır".

O, əlavə edib ki, Minsk qrupu tərəflərin münaqişənin həllində irəliləyişə real sadiqliyini və onların siyasi istəyini görmək istəyir: "ATƏT-in Minsk qrupu öz tərəfindən tərəflərin görüşünü dəstəkləməyə hazırdır, lakin yekun qərarı Bakı və Yerevan verməlidir. Münaqişənin həlli yolu Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılaraq həmin ərazilərin Azərbaycana qaytarılmasında, eyni zamanda Qarabağın statusuna dair qərara hazırlıqdadır".

Həmsədrin sözlərinə görə, azərbaycanlıların Minsk qrupunun işindən məyusluğunu anlayır, çünki 20 ildən artıq vaxt ötüb: "Lakin müharibə yeni ölümlərə gətirib çıxaracaq, buna görə də siyasi qərar lazımdır".

C.Uorlik diqqətə çatdırıb ki, təmas xəttində ATƏT-in monitorinqi hələ planlaşdırılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti