Bakı. Elmira Tariverdiyeva - Trend:
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilmiş monitorinqi, eləcə də mayın 16-da Vyanada Azərbaycan və Ermənistan liderlərinin görüşündə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üzrə addımları müzakirə ediblər.