Bakı. Anaxanım Hidayətova - Trend:
Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistanın özü həll etməlidirlər. Rusiyanın münaqişəni 15 və ya 20 dəqiqə ərzində həll edə biləcəyini deyənlər yanılırlar.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüşdə deyib.
Diplomatın sözlərinə görə, Rusiya bu məsələdə yalnız vasitəçi ola bilər: "Hər hansı bir tərəfə təzyiq və ya zor vasitəsilə lazımi nəticə əldə etmək mümkün deyil. Təməldə etimad olmalıdır və onu yalnız münaqişə tərəfi olan ölkələr yarada bilər. Aprelin əvvəlindəki hadisələr mövcud vəziyyətin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticə çıxarmalıdır. Rusiya da nəticə çıxaracaq və vasitəçilik səylərini artıracaq".