...

Səfir: Herbert Zalberin Azərbaycana səfəri konstruktiv oldu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2016 12:41 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Azərbaycana səfəri konstruktiv və müsbət oldu.
Səfir: Herbert Zalberin Azərbaycana səfəri konstruktiv oldu

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Azərbaycana səfəri konstruktiv və müsbət oldu.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib.

Onun sözlərinə görə, xüsusi nümayəndə öz mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dəstək verir, Azərbaycan və Ermənistana mütəmadi səfərlər edir:

"Əlbəttə ki, Avropa İttifaqı üçün hər iki tərəflə təmasda olmaq vacibdir. Biz Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəkləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti