...

Nazir: İslam ölkələri Azərbaycanın Dağlıq Qarabağ üzrə ədalətli mövqeyini həmişə dəstəkləyiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2016 11:19 (UTC +04:00)
İslam ölkələri Azərbaycanın Dağlıq Qarabağ üzrə ədalətli mövqeyini həmişə dəstəkləyiblər.
Nazir: İslam ölkələri Azərbaycanın Dağlıq Qarabağ üzrə ədalətli mövqeyini həmişə dəstəkləyiblər

Bakı. Azad Həsənli - Trend:

İslam ölkələri Azərbaycanın Dağlıq Qarabağ üzrə ədalətli mövqeyini həmişə dəstəkləyiblər.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.

Ş.Mustafayev qeyd edib: "İslam ölkələri Azərbaycanı ölkənin əsas problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə müxtəlif səviyyələrdə dəstəkləyiblər və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb ediblər".

Nazir əlavə edib ki, dövlət başçısı ərəb ölkələri ilə münasibətlərin genişləndirilməsini Azərbaycanın xarici siyasət prioritetlərindən biri kimi müəyyənləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti