Xocalı soyqırımı ilə bağlı Küveytdə tədbirlər keçirib (FOTO)

Xocalı soyqırımı ilə bağlı Küveytdə tədbirlər keçirib (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanmış “Xocalı soyqırımı” kitabı təkrar nəşr olunub, eyni zamanda, 1992-ci ildə Xocalıda törədilən soyqırımı əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində DVD variantının çoxaldılaraq Küveyt Xarici İşlər nazirliyi ilə yanaşı, digər dövlət, hökumət qurumlarına, Millət Məclisinə (parlament), ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib. Bununla yanaşı Küveyt mətbuatında yayımlanması məqsədilə səfir Elxan Qəhrəmanın Xocalı soyqırımına həsr edilmiş ərəb dilində müsahibəsi bir sıra kütləvi informasiya vasitələrinə göndərilib.

Eyni zamanda, Xarici İşlər Nazirliyi tərəfindən nəşr edilən Diplomatiya Aləmi jurnalının Xocalı soyqırımı və bu soyqırımı tanıyan ölkələrlə bağlı xüsusi buraxılışı pdf. formatda, həmçinin “Xocalıya Ədalət Beynəlxalq Kampaniyası” beynəlxalq ictimai birliyi tərəfindən Xocalı soyqırımının tarixi və onun beynəlxalq ictimaiyyət tərəfindən tanınması haqqında məlumatlar və “İRS” jurnalından əldə olunmuş məqalələr ölkədə akkreditə olunmuş bütün səfirliklərə və beynəlxalq təşkilatlara, dövlət və hökumət qurumlarına göndərilib.

Yuxarıda göstərilənlərlə yanaşı, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatı Küveytin Parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib. Həmçinin soyqırımın 25-ci ildönümü ilə bağlı Qafqaz müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri M.Yevdayev və Azərbaycandakı Alban-udin xristian icmasının sədri Robert Mobilinin “Dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və insan hüquqları üzrə Avropa Məhkəməsinə” ünvanlanmış birgə Müraciəti Küveyt dövlətinin Vəqflər və İslam Məsələləri Nazirliyinə və əlaqədar dini qurumlara çatdırılıb.

Fevralın 21-də Küveytdə Marina mehmanxanasının “Six Palms” zalında Küveytdə yaşayan, çalışan və təhsil alan Azərbaycan vətəndaşları, Türkiyə və Şimali Kipr Türk Respublikasının Küveytdə akkreditə olunmuş səfirləri və səfirliyin əməkdaşları, Küveyt Ədliyyə və Vəqflər Nazirinin dini məsələlər üzrə sabiq müavini Adil Abdulla Əl-Fəlah, Küveyt Universitetinin Sosial Elmlər Fakültəsinin dekanı və müəllim heyəti, Küveytin ictimai-siyasi dairələrinin xadimləri, Küveyt iş adamları, Misirin Küveytdəki Mədəniyyət Mərkəzinin direktoru və Mərkəzin əməkdaşları, türk diaspora təşkilatının nümayəndələri, Küveyt-Türk orta Məktəbinin müəllim kollektivi, Küveyt Universitetində təhsil alan türkdilli dövlətlərin tələbələri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Anım mərasimini giriş sözü ilə açaraq E.Qəhrəman Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Sonra çıxış edərək, son yüzilliklərdə, hətta sovet dönəmində belə dəfələrlə erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım siyasətinin həyata keçirildiyini bildirib. Bu mənfur siyasətin davamı olaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin o zaman sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək, azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırım aktı ümumən bəşərə, insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunduğunu, həmin qanlı aksiya zamanı içərisində uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyini, bu kütləvi qırğın zamanı 8 ailənin tamamilə məhv edildiyini, 25 nəfər uşağın hər iki valideynindən və 130 nəfər uşağın isə valideynlərinin birindən məhrum olduğunu diqqətə çatdırmışdır. Eyni zamanda 487 nəfər soydaşımızın ağır xəsarətlər aldığını, 1275 nəfərin girov götürüldüyünü onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığını və Xocalı şəhərinin ağır hərbi texnikadan istifadə olunmaqla darmadağın edildiyini qeyd edib.

Səfir Azərbaycana qarşı təcavüzü davam etdirən Ermənistanın ölkəmizin ərazisinin 20 faizini işğal etdiyini, nəticədə 1 milyondan artıq azərbaycanlının doğma yurd-yuvalarından didərgin düşdüyünü, bu münaqişə zamanı 20 min soydaşımızın öldürüldüyünü, xeyli sayda azərbaycanlının əlil olduğunu qeyd edib. O, Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başladıldığını vurğulayaraq, hələ 1994-cü ildə Ulu öndərimizin təşəbbüsü ilə Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildiyini bildirdi və həmin vaxtdan etibarən 26 fevral gününün – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunduğunu və bütün beynəlxalq təşkilatların bu barədə məlumatlandırıldığını diqqətə çatdırıb.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutduğunu bildirərək, dövlət başçısının bu istiqamətdə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirdiyini qeyd edib.

E.Qəhrəman Xocalı soyqırımının bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanındığını, bu vaxtadək, 10-dan çox ölkə və ABŞ-nın bir çox ştatları tərəfindən müvafiq parlament qətnamələrinin qəbul edildiyini diqqətə çatdırıb.

Türkiyənin Küveytdəki Səfiri Murat Tamer çıxış edərək, Xocalıda erməni vandalları tərəfindən qətlə yetirilən vətəndaşlarımıza allahdan rəhmət diləyib, bu qətliamın XX əsrin ən qanlı hadisələrindən biri olduğunu vurğulayıb, Türkiyənin çətin günlərində Azərbaycanın ölkəsinin yanında olduğu kimi ölkəsinin və xalqının da daim Azərbaycanın çətin günlərində onun yanında olduğunu qeyd edib. Sonra o, erməni cəlladlarının XIX əsrin sonlarından bəri Azərbaycan və Türkiyə xalqlarına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən söz açıb, təcavüzkar Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı qaldırdığı iddiaların əsasız olduğunu diqqətə çatdırıb.

Eyni zamanda anım mərasimində Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin sədri Könül Hacıyeva çıxış edərək, 1992-ci ilin 26 fevral tarixində Xocalıda SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açıb. Həmçinin, ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tədbir iştirakçıları “Xocalı” sənədli filminə tamaşa edib, səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “Xocalı Soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunub, həmçinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostendlə tanış olublar

11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
İspaniya La Liqası: "Atletiko" səfərdə heç-heçə edib
İspaniya La Liqası: "Atletiko" səfərdə heç-heçə edib
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
Loading Bars
Xəbər lenti
Nazir Sahil Babayev vahid əlaqələndirmə mərkəzində olub, bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona (FOTO)
Prezident İlham Əliyev: Ölkəmizin yeniləşməsi, xoşagəlməz hallarla mübarizə tam yeni müstəviyə çıxmalıdır
Prezident İlham Əliyev: Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi
Prezident İlham Əliyev: Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
DGK sədri Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin icraçı direktoru ilə görüşüb (FOTO)
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq - Nikol Paşinyan
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)
ABB sahibkarlar üçün təlim keçirdi
DİN avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına münasibət bildirib
Oktyabrın 26-na USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi (FOTO)
Milli Məclisin müzakirə edəcəyi məsələlər məlum oldu
AccessBank-la əmanətini sərbəst idarə et!
Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb (FOTO)
2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsi iştirakçıları mükafatlandırılıb (FOTO)
Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi
Abşeronda 30-a yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib (FOTO/VİDEO)
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb
Azərbaycan Vatikanda səfirlik açır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!
ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO)
Bakıda qadının küçədə öldürülməsi faktı ilə bağlı istintaq yekunlaşıb
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün vəsait ayrıldı
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar (FOTO/VİDEO)
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
“VTB Bank (Azerbaijan)” 9 ayda aktivlərini 10 faiz, xalis mənfəətini 52 faiz artırıb
“Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)
Kamal Namazovun döyülərək öldürülməsi yalandır - İdmançının həyat yoldaşı (FOTO)
COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?
Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata layiq görülüb
Rusiyada koronavirusa gündəlik yoluxmada ən yüksək göstərici qeydə alınıb
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Səhiyyə Nazirliyi hamilə qadınların vaksinasiyası məsələsinə aydınlıq gətirdi
Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır
Türkiyə Zəngilana aqropark üçün avadanlıq göndərir
İşçilərin intizam məsuliyyətinə cəlb olunmasının əsasları (VİDEOÇARX)
Pambıq sexində iş qəzasına səbəb olan direktor və digər şəxslərin məhkəməsi başlayır
Nərimanov rayonunda səkkiz avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Milli Məclisdə yüksək bal toplamış tələbələrlə görüş olub (FOTO)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub (FOTO)
Bütün xəbərlər