...

Kopenhagendə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2017 16:05 (UTC +04:00)

Bakı. Trend:

Kopenhagendə Azərbaycan və türk diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq və soyqırımı aktı kimi qəbul etdirmək məqsədilə “Vətən” Cəmiyyəti Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi meydanın etiraz mitinqi təşkil edib.

Faciənin 25-ci ildönümünə həsr olunan aksiyada Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönmez, Azərbaycan, türk, türkmən və digər icmaların rəhbərləri, media nümayəndələri iştirak edib.
Azərbaycan himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra cəmiyyətin sədri Səfər Sadiqi aksiyanın məqsədi və əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Xocalı soyqırımından 25 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar hələ də bu faciəyə siyasi-hüquqi qiymət verməyib. S.Sadiqi dünya ictimaiyyətini Xocalı soyqırımına laqeyd qalmamağa çağırıb, kütləvi qırğını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Səfir M.Dönmez isə çıxış edərək Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirib.

Aksiyada şəhər sakinlərinə və qonaqlara Xocalı soyqırımı, Azərbaycan həqiqətlərini əks etdirən müxtəlif dillərdə bukletlər paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti