...

Düşmənin hərbi-nəqliyyat vasitəsi məhv edilib (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2017 15:19 (UTC +04:00)
Düşmənin hərbi-nəqliyyat vasitəsi məhv edilib.
Düşmənin hərbi-nəqliyyat vasitəsi məhv edilib (VİDEO)

Bakı. Trend:

Düşmənin hərbi-nəqliyyat vasitəsi məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan silahlı qüvvələrinin dayaq məntəqələrinin qərargahına cavab zərbəsi endirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Ermənistan silahlı qüvvələrinin qərargahına cavab zərbəsi: düşmən itkilərini gizlədir (VİDEO)

Ermənistan silahlı qüvvələrinin qərargahına cavab zərbəsi: düşmən itkilərini gizlədir (VİDEO)

Qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.

Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti