...

Cocuq Mərcanlıda təmizlənən ərazi ilə bağlı AÇIQLAMA (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2017 17:42 (UTC +04:00)
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində 19 400 kv.m (1.94 ha) ərazi tam təmizlənib.
Cocuq Mərcanlıda təmizlənən ərazi ilə bağlı AÇIQLAMA (FOTO)

Bakı. Trend:

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində 19 400 kv.m (1.94 ha) ərazi tam təmizlənib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilir ki, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 19 400 kv.m (1.94 ha) ərazi tam təmizlənib, 9 800 kv.m (0.98 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmış (cəmi: 29 200 kv.m (2.92 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştiak edib.

Cəmi: 9 gün ərzində 8 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 1 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 164 700 kv.m (16.47 ha) ərazi tam təmizlənib, 56 600 kv.m (5.66 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 221 300 kv.m (22.13 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə, Agentlik tərəfindən 1 yanvar-25 Noyabr 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 15 otlaq sahəsinə, 18 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 170 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, Daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar çayının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Röyal Park″ yaşayış massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zadonun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 7 525 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 974 092 kv.m ərazi (907 808 kv.m əl ilə, 1 663 740 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 289 544 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti