...

XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün iş davam etdirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2017 10:38 (UTC +04:00)
Öz doğma torpaqlarında ermənilər təfərindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsi ilə əlaqədar il ərzində Rusiya Federasiyası, ATƏT və Beynəlxalq Qızılxac Komitəsi ilə işlər davam etdirilib.
XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün iş davam etdirilir

Bakı. Elçin Mehdiyev – Trend:

Öz doğma torpaqlarında ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsi ilə əlaqədar il ərzində Rusiya Federasiyası, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə işlər davam etdirilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ildə xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-ə yaxın azərbaycanlının itkin düşməsi məsələsi beynəlxaq təşkilatlarla müzakirə edilib.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti