Hesabat: Azərbaycan ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələrdən biridir

Hesabat: Azərbaycan ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələrdən biridir

Bakı. Trend:

Azərbaycan ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələrdən biridir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən Trend-ə verilən məlumata görə, Piyadalar Əleyhinə Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniyanın "Landmine Monitor Report 2018" hesabatında deyilir

Hesabatda bildirilir ki, hazırda 164 ölkə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyanın üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 33 dövlət bu Konvensiyaya qoşulmayıb. Yalnız bir ölkənin – Myanmanın hökumət qüvvələrinin minalardan istifadə etdiyi qeydə alınıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Herseqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır (100 kv.km-dən çox).

Sənəddə deyilir ki, Azərbaycan Respublikası minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb. Rəsmi olaraq bildirilib ki, ölkə bu Konvensiyanın məqsədlərini, o cümlədən minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir. Azərbaycan Respublikası təcavüzə məruz qalmasına baxmayaraq, yeni minaların qoyulmasını dayandırıb. Bu səbəbdən də Azərbaycan yalnız Ermənistanla münaqişə həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlib və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir.

Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və ixrac etmir. Mina ehtiyatı sovet dövründən qalmadır. Rəsmi şəxslər bildiriblər ki, 1994-cü ildən konfliktin açıq fazası dayandıqdan sonra piyadalar əleyhinə minalardan istifadə edilmir. Azərbaycan piyadalar əleyhinə minalardan gələcəkdə də istifadə etmək fikrində deyil, ancaq bunu istisna etmək də olmaz.

2017-cı ilin sonuna Azərbaycanda rəsmi olaraq 2,439 nəfər mina / müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb. 2017-ci ildə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 3 mülki şəxsin minalardan zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 2 nəfər həlak olub və 1 nəfər yaralanıb.

Ümumilikdə hesabat dövründə 47 olkədə 7239 nəfərin mina və partlamamış sursatlardan zərər çəkdiyi bildirilir ki, bunun da 2793 nəfəri həlak olub. Qeydə alınmış qurbanların 87%-i mülki şəxslərdir ki, onların da 47%-ni uşaqlar və 13%-ni qadınlar təşkil edir. Ümumilikdə "Landmine Monitor Report" 1999-cu ildən indiyədək 122 min insanın mina və partlamamış sursatlardan zərər çəkdiyini qeydə alıb ki, bunun da 86 min nəfəri yaralanıb.

Donor ölkələr və ərazisində minaların olduğu ölkələr (10 milli hökumət) tərəfindən beynəlxalq səviyyədə 771,5 milyon ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub. Bu vəsaitin 98,3 milyon dolları ərazisində minaların olduğu ölkələrin milli hökumətlərinin payına düşür. Ümumilikdə keçən hesabat dövrü ilə müqayisədə 203,6 milyon dollar çox vəsait ayrılıb.

Son hesabatda bildirilir ki, 38 ölkənin ərazisində və 3 qeyri-dövlət ərazisində minaların məhv edilməsi əməliyyatları aparılıb. Hesabat dövründə 128 kv.km ərazi minalardan təmizlənib. 168 min ədəd piyada əleyhinə və 7500 ədəd tank əleyhinə mina məhv edilib. Son beş ildə 832 kv.km ərazi təmizlənib, 1,1 milyon ədəd piyada əleyhinə və 66 min ədə tank əleyhinə mina məhv edilib.

Hesabat dövründə 500 min ədəd mina, ümumiyyətlə isə Konvensiya imzalandıqdan sonra ehtiyatlarda olan 54 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirib, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.

Kiçik dövlətlərin öz gücünə torpaqlarını azad etməsi halları azdır, amma Azərbaycan bunu edə bildi - Deputat
Kiçik dövlətlərin öz gücünə torpaqlarını azad etməsi halları azdır, amma Azərbaycan bunu edə bildi - Deputat
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlər (VİDEO)
Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlər (VİDEO)
Loading Bars
Xəbər lenti
Özümüzü koronavirusdan qorumaqla döyüşən hərbçilərimizi xəstəlikdən müdafiə etmiş olarıq - Ekspert
Ağcabədi sakini qardaşı oğlunu küçədə güllələdi
Əsgərimizin cəbhədə ard-arda uğurlar qazanması yaralarımıza məlhəm kimi gəlir - Cavad xanın nəslinin davamçısı
BNA Bakıda ekspres avtobusların gecikmə səbəbini açıqladı
Kiçik dövlətlərin öz gücünə torpaqlarını azad etməsi halları azdır, amma Azərbaycan bunu edə bildi - Deputat
Dağlıq Qarabağ münaqişəsində son gərginlik Ermənistan üçün utancdır - Con Mareska
"Soudel" tropik qasırğası Filippin istiqamətində irəliləyir
Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib - MN
Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
Tramp Əfqanıstandakı ABŞ qoşunlarının çıxarılmasından danışdı
İsraildə koronavirusa yoluxanların sayı 304 min nəfəri ötüb
Çempionlar Liqası 2024-cü ildən etibarən 36 komandaya qədər genişləndirilə bilər
Düşmənin zirehli texnikaları məhv edilib (VİDEO)
Argentinada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
Peyvəndlər üzrə "COVAX" təşəbbüsünə 184 ölkə qoşulub
UEFA koronavirus pandemiyası fonunda mükafat fondunu beş illik azaldır
ABŞ İran üzrə "qara siyahı"nı genişləndirib
Alyaska sahillərində 7,4 bal gücündə zəlzələ olub
Təmas xəttində top mərmiləri, dron və partlamış mərmi qalıqları aşkarlanıb (FOTO)
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib
Moskvada koronavirusdan daha 49 nəfər ölüb
Tramp Sudanı terrorizmin sponsorları siyahısından çıxaracağını açıqlayıb
İngiltərə Premyer Liqasında koronavirusa daha 8 yoluxma halı qeydə alınıb
"OPEC plus" ölkələri sazişi tam şəkildə icra etmək barədə razılığa gəliblər
Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlər (VİDEO)
Praqa azərbaycanlı şəhid uşaqların “sahibsiz ayaqqabıları”na şahidlik etdi (FOTO)
“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir (VİDEO)
Prezidentə yazırlar: Bu günlərdə xalqımıza yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə minnətdarıq
Türkiyədə koronavirusdan sağalanların sayı 304 min nəfəri ötüb
Prezident İlham Əliyev: Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar
Azərbaycan Prezidenti hərbi müşahidəçilərin yerləşdirilməsi məsələsinə münasibət bildirib
Azərbaycan Prezidenti: Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür
Ədliyyə naziri Almaniyanın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb
Azərbaycan Prezidenti: Ermənistana silah ötürülməsində erməni mənşəli rusiyalı iri sahibkarların və məşhur silah alverçilərinin əli var
Alman deputatların Qarabağa qanunsuz səfəri Bundestaqın özü tərəfindən ciddi qınaqla qarşılanmalıdır- Deputat
Azərbaycan Prezidenti: Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər
Prezident İlham Əliyev: Kompromis paketin bir hissəsi olan Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik
Prezident İlham Əliyev: Ermənistan qoşunlarını işğal altındakı ərazilərdən çıxarmağa hazır olsa, müşahidəçilər məsələsinə baxıla bilər
Prezident İlham Əliyev: Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik
Prezident İlham Əliyev: Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur
Prezident İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
Bəzi ölkələr Ermənistana təzyiq etmək əvəzinə, Azərbaycanı mənasız atəşkəsə sövq edir - Səyavuş Heydərov
Azərbaycan Prezidenti: Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir
Prezident İlham Əliyev: Ermənistan vasitəçilərə və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi
Azərbaycan Prezidenti: Biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq
Prezident İlham Əliyev: Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi - Deputat
Hazırda paytaxt yollarında ciddi sıxlıq müşahidə olunur
Suriya tayfaları Ermənistanın YPG kürdləri ilə ittifaqını pisləyib
Ceyhun Bayramovla Beynəlxalq Türk Akademiyasının prezidenti arasında telefon danışığı olub
MŞ AzTV-nin çəkiliş qrupunun erməni atəşinə məruz qalması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib
Baş Nazir Əli Əsədov Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)
Paşinyan məğlubiyyətini etiraf edib və danışıqlara hazırdır
Şahdağ Milli Parkının ərazisində yanğın başlayıb
Ermənistanın Gəncədə törətdiyi təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir
Norveçdə koronavirusun yeni mutasiyası aşkar edilib
XİN: Bundestaq üzvlərinin Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək
A-Qroup-un sığorta mükafatı yenə də artdı
Ermənistan Dağlıq Qarabağda itkilərinin yeni siyahısını açıqlayıb
Bütün dünya bilir ki, haqlı və ədalətli mövqe Azərbaycan tərəfindədir - Bahar Muradova
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında aparılan təbliğat və təşviqat işləri davam edir (FOTO)
Oktyabrın 20-də manatın dollara qarşı məzənnəsi
Ermənistanı masa arxasında işğalçı dövlət kimi otuzdurmaq lazımdır - Sevil Mikayılova CNN Türk telekanalına müsahibə verib (VİDEO)
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Ombudsman Səbinə Əliyavanın Vladimir Şkolnikovla video konfrans formatında görüşü olub (FOTO)
Ermənistanın mülki əhaliyə qarşı hücumları ilə bağlı aidiyyəti qurumlara müraciətlər ediləcək - Hikmət Hacıyev
Özbəkistan parlamentinin Sədri Ermənistanın Gəncəni artilleriya atəşinə tutması ilə bağlı narahatlığını bildirib
Yanvar-sentyabr aylarında 163 min şəxsə e-qaydada fərdi hesab açılıb
Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tezliklə razılaşdırılmasına ümid edir - Lavrov
Növbəti aylarda koronavirusla bağlı vəziyyət insanların tövsiyələrə necə əməl etməsindən asılıdır - Hande Harmancı
Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb - Prezidentin köməkçisi
Səfir: Beynəlxalq hüquq müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır (FOTO)
Prokurorluq AzTv-nin əməkdaşının yaralanması ilə bağlı məlumat yaydı: Daha 3 nəfər də yaralanıb
Azərbaycan beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir - Hikmət Hacıyev
Vüqar Rəhimzadə: Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Baş prokuror Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Ağdamda ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutdu, jurnalist yaralandı (VİDEO)
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir - Hikmət Hacıyev
XƏBƏRDARLIQ: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir
Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirdi (FOTO)
99 müəssisədə COVID-19-la bağlı qayda pozuntuları aşkarlandı
“ASAN xidmət” təmsilşisi BMT-nin iclasında erməni təxribatlarından danışdı (FOTO)
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır
Gəncə İH erməni terroru nəticəsində şəhərə dəymiş ziyanı açıqladı
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq - Hikmət Hacıyev
Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur - General-mayor Hüseyn Mahmudov
Yol polisi Bakıda sərnişindaşıma sirkətlərinə müraciət edib
Yeni dastan yazan ordumuza “Gazelli Group”dan özünəməxsus dəstək
Özünüməşğulluq proqramının iştirakçıları biznesin inkişafı üçün KOBİA-nın dəstək və xidmətlərindən istifadə edə bilər
Türk Ticarət və Sənaye Palatasının sədrindən Prezident İlham Əliyevə məktub ünvanlanıb
Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib - Elçin Əmirbəyov
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır
Azərbaycan mülki əhalini hədəfə almır, yalnız hərbi hədəflərə istiqamətlənir - Prezidentin köməkçisi
İTAZERCOM-un rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir - Hikmət Hacıyev
Azərbaycanda 331 nəfər COVID-19-a yoluxdu, 107 nəfər sağaldı, 4 nəfər vəfat etdi
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 61 oldu
Bütün xəbərlər