...

Bolqarıstanda Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2019 19:33 (UTC +04:00)
Milli Məclisin deputatı Rauf Əliyev fevralın 24-də Sofiyada Xocalı soyqırımının 27-cı il dönümünə həsr olunmuş anım mərasimində iştirak edəcək.
Bolqarıstanda Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək

Bakı. Trend:

Milli Məclisin deputatı Rauf Əliyev fevralın 24-də Sofiyada Xocalı soyqırımının 27-cı il dönümünə həsr olunmuş anım mərasimində iştirak edəcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, toplantı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil ediləcək.

Yığıncaqda Bolqarıstanın dövlət və özəl qurumları, KİV nümayəndələri, diplomatik korpusun rəhbərləri və diqər qonaqlar iştirak edəcəklər.

Bolqar ictimaiyyətinin Xocalı faciəsi barədə məlumatlandırılması məqsədilə Sofiya şəhərinin mərkəzində yerləşən Hərbi Klubda Azərbaycan Dövlət Pantomima Teatrının truppası tərəfindən “Xocalı-bu olub” tamaşası göstəriləcək.

Səfər fevralın 26-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti