...

Fuad Axundov: Ermənistan Hitlerin xəyal edib, həyata keçirə bilmədiyi hər şeyi edə bilib (ÖZƏL) (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2020 16:06 (UTC +04:00)
Fuad Axundov: Ermənistan Hitlerin xəyal edib, həyata keçirə bilmədiyi hər şeyi edə bilib (ÖZƏL) (FOTO)

Bakı. Ceyla Əliyeva - Trend:

Hitlerdən fərqli olaraq, Ermənistan monomilli bir ölkə yarada, Azərbaycanın memarlığını məhv edə və bütün şəhər və kəndlərin adını özününküləşdirə biliblər.

Bu barədə Trend-ə özəl müsahibəsində Prezident Administrasiyasının Xarici KİV və QHTlərlə iş sektorunun müdiri Fuad Axundov deyib.

F.Axundov qeyd edib ki, Ermənistan nasizmin qalib gəldiyi bir ölkədir və buradan təbii olaraq onların antisemitizmi orataya çıxır. Nümunə olaraq o, Ermənistanda hələ də Qaregin Njdenin abidəsinin olduğunu xatırlatdı:

"Ermənistanda həm insanların, həm memarlığın, həm toponimiyanın, həm də tarixin etnik təmizlənməsi həyata keçirilib".

F.Axundov əlavə edib ki, Ermənistanın yazdığı bütün tarix saxtadır. Onlar xristian memarlığını, bütün Alban kilsələrini özününküləşdiriblər.

O bildirib ki, Ermənistan dörd polietnik dövlətlə əhatə olunub, lakin özü daxilində yalnız ermənilərin yaşadığı suayırıcı xəttlə ayrılıb: "Ermənistanın dörd qonşu ölkədən üçünə qarşı ərazi iddiaları var".

Ermənistanın İsraildən səfirini geri çağırmasını şərh edərək F.Axundov qeyd edib ki, bunun əsas səbəbi Azərbaycan ordusunun cəbhə xəttindəki uğurları, eləcə də Ermənistanın tənqidləri qəbul edə bilməməsidir: "Biz müdafiə olunan tərəfik və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özümüzü müdafiə etməyə, o cümlədən digər ölkələrdən silah almağa, habelə işğaldan azad olunmaq məqsədilə hər hansı üçüncü ölkəni yardıma dəvət etməyə tam hüququmuz var".

F.Axundov qeyd edib ki, İsrailin Azərbaycana silah satması sirr deyil və tamamilə qanunidir, kimsə bunu bəyənmirsə, deməli bu onların şəxsi işidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti