Bakı. Tamilla Məmmədova - Trend:
Dinc sakinlərin öldürülməsi Ermənistanın çoxdankı adətidir.
Bunu Trend-ə gürcü ekspert Quram Marxuliya deyib.
Onun sözlərinə görə, Ermənistan bütün beynəlxalq hüquq normalarını pozmaqla Azərbaycanın sənaye şəhəri Mingəçeviri, eləcə də ikinci ən böyük şəhəri Gəncəni bombalamağa başladı:
“Ermənistan qoşunları beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozur.
Onlar ön cəbhə ilə arxa cəbhə arasında fərq görmür, dinc sakinləri əsgərlərdən ayırmır, qadınları, uşaqları və qocaları qətlə yetirir. Bu, terrorçuluqdur, müharibə qanunlarına uyğun olmayan qanlı cinayətdir. Bunun əsas səbəbi isə Ermənistan hökumətinin indiyədək cəzasız qalmasıdır. Cəzasızlıq Ermənistanın əl-qolunu daha da açır və bəşəriyyətə qarşı qanlı cinayətlər törətməsinə səbəb olur”.
Ekspert qeyd edib ki, ermənilər döyüş meydanında məğlub olur və geri çəkilərkən dinc sakinləri atəşə tutur:
“Əsas məsələ odur ki, beynəlxalq ictimaiyyət, BMT və digər beynəlxalq buna necə reaksiya verəcək. Əgər onlar susqunluğunu saxlasa, Azərbaycan rəhbərliyi adekvat addımlar atmağa məcbur olacaq. Buna onun haqqı var”.
O əlavə edib ki, Gürcüstan Azərbaycanı dəstəkləyir:
“Bəli, Azərbaycan da, Ermənistan da Gürcüstanın qonşularıdır. Amma gürcü cəmiyyəti tamamilə Azərbaycan dövlətinin tərəfindədir”.