...

“Day.az”ın baş redaktoru: Ermənistan Azərbaycanı cavab zərbəsinə vadar etməyə və münaqişəyə KTMT-ni cəlb etməyə çalışır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2020 17:20 (UTC +04:00)
“Day.az”ın baş redaktoru: Ermənistan Azərbaycanı cavab zərbəsinə vadar etməyə və münaqişəyə KTMT-ni cəlb etməyə çalışır

Bakı. Trend:

Azərbaycan bu gün Ermənistana rəhbərlik edən faşist rejiminə qarşı döyüşmək məcburiyyətindədir.

Trend-in məlumatına görə, bunu “Day.az”ın baş redaktoru Emin Əliyev “Vestnik Kavkaza” saytına müsahibəsində Ermənistan qoşunlarının Gəncəyə raket hücumunu şərh edərkən deyib.

O bildirib ki, Gəncəyə hücum Azərbaycanın kimlərə qarşı döyüşdüyünü göstərir:

“Birinci Qarabağ müharibəsində də bu cür insidentlər dəfələrlə olub. Məsələn, Şuşa atəşkəs barədə Tehran sazişi imzalanandan bir gün sonra işğal olunmuşdu”.

Baş redaktor qeyd edib ki, Azərbaycanın dinc sakinlərinə hücumlarla bağlı tarix təkrarlanır:

“İndiki hücuma gəldikdə, mən əminəm ki, bu, Azərbaycanı qeyri-proporsional cavab verməyə vadar etməyə çalışan Yerevanın növbəti təxribatıdır. Məhz buna görə də, Prezident İlham Əliyev “Twitter”də açıqladığı kimi, hücum Ermənistanın Vardenis şəhərindən həyata keçirilib. Bu cür hücumlar ilk dəfə deyil ki, baş verir. Məqsəd sadədir: Silahlı Qüvvələrimizi Ermənistan ərazisinə zərbə endirməyə vadar etmək, bununla da özünü qurban kimi təqdim etmək və bu münaqişəyə KTMT-ni cəlb etmək. Biz Vladimir Putinin Rusiyanın öz öhdəliklərini Ermənistan qarşısında yerinə yetirməyə hazır olduğunu, amma döyüşlərin Ermənistan ərazisində getməməsi barədə açıqlamasını xatırlayırıq. Ona görə də onlar öz torpaqlarından atəş açırlar ki, Rusiyanı müharibəyə cəlb etsinlər”.

O, Gəncədə dinc sakinlərə zərbəni hərbi cinayət kimi xarakterizə edib:

“Zərbə əldə olunan atəşkəsə baxmayaraq endirilib. Beləliklə də, erməni tərəfinin liderləri, mən Nikol Paşinyanı, onun işğal olunmuş ərazilərdəki marioneti Araik Arutyunyanı və digər şəxsləri nəzərdə tuturam, bir daha göstərdilər ki, Azərbaycan layiq olmayan düşmənlə döyüşür, döyüşçülərlə deyil, ikiüzlülərlə, faşistlərlə, 10 saatlıq danışıqlardan sonra, yalvardıqları atəşkəsin tətbiq olunmasından bir gün sonra gün yuxuda olan insanlara zərbə endirənlərlə mübarizə aparır”.

E.Əliyev əlavə edib ki, hazırda baş verənlər Yerevandakı cinayətkar hakimiyyətin standart taktikasına uyğundur:

“Biz 90-cı illərdən etibarən eyni şeyləri görürük. Yerevan maksimum dərəcədə vaxtı uzadır, danışıqlar təşkil etsə də, ləngidir və yenidən qruplaşmaq, hərbi ehtiyatları cəlb etmək, Bakının diqqətini yayındırmaq üçün vaxt qazanır. Plan aydındır: atəşkəs imzalamaqla, Azərbaycan hesab edir ki, bunu faşistlərlə deyil, sivil insanlarla edir, həlak olanları döyüş yerindən götürmək, əsirləri dəyişmək, yaralıları sağaltmaq lazım olduğunu fikirləşir. Amma əvəzində dərhal dinc sakinlərə zərbə endirilir, çünki Ermənistan hakimiyyəti humanizm qaydalarını vecinə almır. 30 il ərzində biz bu cür vəziyyətlə dəfələrlə qarşılaşmışıq. Artıq Cənubi Qafqazda faşizmə son qoymağın vaxtı çatıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti