...

BEYNƏLXALQ BÖHRAN QRUPU QARABAĞIN STATUSUNUN MÜZAKİRƏSİNİ 10-15 İL SONRAYA KEÇİRMƏYI TƏKLİF EDİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Sentyabr 2005 10:32 (UTC +04:00)

"Bir tərəfdən, Dağlıq Qarabağ ermənilərinin "Azərbaycan vətəndaşı", digər tərəfdənsə, "düşmən" adlandırılması sülh prosesini mümkünsüz edə bilər".

Trend in Azadlıq radiosuna istinadən xəbər verdiyinə görə, bu barədə Bakıda səfərdə olan Beynəlxalq Böhran Qrupunun (BBQ) vitse-prezidenti Alen Deletroz "Azadlıq" radiosuna verdiyi eksklüziv müsahibədə bəyan edib. Vitse-prezident Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üç təkliflərinin olduğunu deyir. O, Dağlıq Qarabağın statusunun danışıqlarda ən problemli məsələ olduğunu önə çəkərək, bunun müzakirəsinin 10-15 il sonraya keçirilməsini təklif edir.

Cənab Deletroz hər iki tərəfin, xüsusilə də Azərbaycanın güc mövqeyindən çıxışlarını dayandırmasını vacib sayır: "Bir tərəfdən, Dağlıq Qarabağ ermənilərinin "Azərbaycan vətəndaşı", digər tərəfdən isə, "düşmən" adlandırılması sülh prosesini mümkünsüz edə bilər".

BBQ-nin vitse-prezidentinin sözlərinə görə, ilk növbədə məcburi köçkünlərin işğal olunmuş ərazilərə qayıdışı təmin olunmalı, azərbaycanlı və erməni icmaları arasında əlaqələrin yaradılmasına çalışılmalıdır. "Bu isə Azərbaycan və Ermənistanın inandığı ölkələrin hərbi kontingentinin münaqişə bölgəsində yerləşdirilməsi hesabına edilə bilər" - deyə, cənab Deletroz vurğulayıb.

O, bu təklifləri Azərbaycan və Ermənistan rəsmilərinə təqdim edəcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti