...

Elmar Məmmədyarov: Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi Dağlıq Qarabağın statusunun müəyyən edilməsinin başlıca ilkin şərtidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2005 13:04 (UTC +04:00)

"Dağlıq Qarabağın statusu yalnız etnik təmizlənməyə əsaslana bilməyən qanuni, dinc və demokratik proses çərçivəsində müəyyən edilə bilər". Trend "Mediamaks"a istinadən bildirir ki, bu barədə AR XİN başçısı Elmar Məmmədyarov ATƏT-in xarici işlər nazirləri Şurasının Lyublyanada keçirilən iclasında çıxış edərkən bəyan edib.

E.Məmmədyarov deyib ki, "Dağlıq Qarabağın statusu yalnız Dağlıq Qarabağda yanaşı yaşayan erməni və Azərbaycan icmalarının lazımi qaydada və bərabər şərtlərlə yaşaması nəzərə alınmaqla müəyyən edilə bilər".

" Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi Dağlıq Qarabağın statusunun müəyyən edilməsinin başlıca ilkin şərtidir. Erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından sonra bütün nəqliyyat dəhlizləri hər iki tərəf üçün açılmalıdır.Səmərəli sülh naminə azərbaycanlılar və ermənilər hər iki istiqamətdə Laçın dəhlizindən birgə istifadə edə bilər.Azərbaycan hökuməti Dağlıq Qarabağ regionunun hər iki icmasına investisiyaların cəlb edilməsi yolu ilə regionun infrastrukturunun bərpa edilməsi üçün yardım etməyə hazırdır" -deyə E.Məmmədyarov bildirib.

O, qeyd edib ki, "Gələn il Kosovoda münaqişənin nizama salınması prosesində həlledici ola bilər.Azərbaycanın qəti və birmənalı mövqeyi belədir ki, bu proses BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə tam müvafiq olaraq və Son Helsinki Aktı əsasında aparılmalıdır və onun nəticəsindən asılı olmayaraq hər hansı bir presedent yaratmamalıdır" -deyə AR XİN başçısı bəyan edib.

Xəbər lenti

Xəbər lenti