Aprelin 6-da ATƏT-tin hazırkı sədrinin mandatına uyğun olaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilmiş monitorinq zamanı insident qeydə alınmayıb. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinq Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri İmre Palatinus və Jiri Aberle keçirib.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oleksandr Samarski, Harri Eronen və Piter Ki keçirib.