...

Azərbaycan müdafiə naziri ABŞ-ın fövqaladə sə səlahiyyətli səfirini qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2006 14:55 (UTC +04:00)

Aprelin 17-də Azərbaycanın müdafiə naziri, qeneral-polkovnik Səfər Abiyev ABŞ-ın ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Rino Harnişi səfirlik missiyasının başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə "Trendə" Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər.

Müdafiə naziri qonağın Azərbaycanda səfirlik etdiyi dövrdə ikitərəfli münaisbətlərin, o cümlədən hərbi əməkdaşlığın xeyli inkişaf etdiyini qeyd etmişdir.Qeneral-polklvnik S.Əbiyev Ermənistan-Azerbaycan münaqişəsinin həllinə toxunaraq vurğulamışdır ki, ABŞ münaqişənin beynəlxalq hüquq normaları və dölətlərin ərazi bütövlüyü çərçivəsində öz həllini tapması istiqamətində səylərini artırrmalıdır. O demişdir: "Hesab edirəm ki, amerikalı həmsədr S.Manın regiona səfəri münaqişəsinin həllində öz müsbət təsirini göstərəcəkdir".

Səfir R.Harniş səmimi qəbul üçün qeneral-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, ABŞ-Azərbaycan əməkdaşlığı strateji xarakter daşıyır. AR prezidenti İlham Əliyevin ABŞ-a rəsmi səfəri əlaqələrimizin daha da inkişaf etməsinə təkan verəcəkdir.

Gbrüşdə iki dövlt arasında əlaqələrin perspektivləri müzakirə edilmişdir. Görüşün sonunda qeneral-polkovnik S.Əbiyev səfir R.Harnişə Azərbaycandakı səfirlik fəaliyyətinə görə təşəkkür etmiş və yeni işində ona uçurlar arzulamışdır.

Xəbər lenti

Xəbər lenti