...

Azərbaycanlı gənclər Avropa parlamentində və NATO qərargahında Dağlıq Qarabağ problemini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2006 18:48 (UTC +04:00)

Brüsseldə azərbaycanlı gənclər Avropa parlamentində və NATO qərargahında Dağlıq Qarabağ problemini müzakirə edib. Bu barədə Trend ə Brüsseldə keçirilən Avropada Azərbaycanlı Tələbələrin Forumunda iştirak edən "İrəli" Ümumrespublika Gənclər Hərəkatının beynəlxalq əlaqələr və Qarabağ departamentinin rəhbəri Röya Talıbova bildirib.

R.Talıbova onu da bildirib ki, Avropada Azərbaycanlı Tələbələrin Forumunda NATO-nun Qafqaz ölkələri üzrə nümayəndəsi iştirak edib: "Tədbirdə qruplar üzrə bölünən iştirakçılar müəyyən mövzularla bağlı müzakirələr aparıblar. Daha sonra Avropa parlamentinə və NATO-ya səfərlər təşkil olunub. Avropa parlamentinin deputatları və NATO-nun məsul şəxsləri ilə görüşlər keçirilib".

R.Talıbova onu da bildirib ki, görüşlərdə Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti müzakirə olunub. Onu da qeyd edək ki, forumda 50-yə yaxın gənc iştirak edib.

Xəbər lenti

Xəbər lenti