...

Müharibə şəraitində itkin düşən Azərbaycan vətəndaşlarının sayı 4581, ermənilərin isə sayı 414 nəfərdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2006 16:15 (UTC +04:00)

Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşən Azərbaycan vətəndaşlarının
ümumi sayı 4581, ermənilərin isə sayı 414 nəfərdir. Bu barədə Trend ə Əsir və i tkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.

Həmin ermənilərdən 197-si Ermənistan vətəndaşı, 221-i erməni millətindən olan Azərbaycan vətəndaşı, 6-sı isə digər ölkələrin vətəndaşlarıdır.

İtkin düşən ermənilərin ümumi sayından 23 nəfər Ermənistan ərazisində, 2-si Gürcüstan ərazisində, 389-u Azərbaycanın işğal olunmuş ərazilərində və yalnız 10-u döyüş əməliyyatlarından uzaqlarda yoxa çıxıb. Odur ki, İşçi Qrupu hesab edir ki, axtarış işləri də həmin ərazilərdə aparılmalıdır.

Əsirlikdən müxtəlif vaxtlarda azad edilmiş 1388 azərbaycanlıdan yalnız 20 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onların hamısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan konkret cinayətlərə görə mühakimə olunub. Heç biri əsirlikdə olduğuna görə cinayət məsuliyyətinə cəlb edilməyib.

Xəbər lenti

Xəbər lenti