İyunun 29-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ekologiya və ətraf mühit komitəsinin iclası keçiriləcək. Bu barədə "Trendə" Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.
R.Hüseynov qeyd edib ki, iclasda ermənilərnin Azərbaycan əraizələrində törətdikləri yanğınlar barədə çıxış edəcək: "Məqsədimiz Avropa şurasını ermənilərin vandalizm aktlarına yönəltmək və bunun qarşısının alınması istiqamətində fəaliyyət göstərməkdir". Millət vəkili onu da bildirib ki, iclasdakı çıxışını tutarlı arqumentlərlə əsaslandıracaq.
R.Hüseynov onu da bildirib ki, Azərbaycanın nümayəndə heyəti həm kosmosdan, həm də sərhəddən çəkilən işğal altında olan ərazilərimizdə yanğınların miqyasını əks etdirən fotoları, sənədləri Avropalı parlamentarilərəi paylayıblar.