...

Qoşunların təmas xəttində monitorinq zamanı insident qeydə alınmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2006 17:08 (UTC +04:00)

İyulun 3-də ATƏT-in hazırkı sədrinin mandatına uyğun olaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilmiş monitorinq zamanı insident qeydə alınmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların Ağdam rayonunun ərazisindəki Ağdam-Hindarx yolunun və Novruzlu kəndinin yaxınlığındakı təmas xəttində keçiriib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jiri Aberle keçirib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Günter Folk və Piter Ki keçirib.

İyulun 4-5-də monitorinqlər eyni monitorinq qrupu tərəfindən Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında və Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərbində; iyulun 5-də isə Xocavənd rayonunun Kuropatkino və Aşağı Veysəlli kəndləri yaxınlığında davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti