...

Metyu Brayza Tiflisə gəlib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2006 14:13 (UTC +04:00)

ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə ikinci müavini Metyu Brayza Tiflisdə səfərdədir.

ABŞ-ın Gürcüstandakı səfirliyindən Kavkaz-Press-ə verilən məlumata görə, səfər çərçivəsində M.Brayza ölkə prezidenti, parlamentin sədri, baş nazir, XİN başçısı, və digər rəsmi şəxslərlə görüşəcək.

Trend in xəbər verdiyi kimi, görüşlər zamanı tərəflər Gürcüstanda demokratik islahatların dəstəklənməsi, Abxaziya və Cənubi Osetiyada münaqişələrin nizamlanması yolları, o cümlədən ölkənin Avropa qurumlarına inteqrasiyası ilə bağlı məsələləri müzakirə edəcək.

Bu gün M.Brayza mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti