...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Avqust 2006 13:46 (UTC +04:00)

Avqustun 22-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq zamanı atəşkəs pozuntusu qeydə alınmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətöuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

Monitorinq Tərtər şəhərinin 8 km cənub-qərbində keçirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Günter Folk və Piter Ki, Ermənistan tərəfdən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi İrji Aberle keçirib.

Xəbər lenti

Xəbər lenti