...

Vaqif Sadıxov: Azərbaycan istəyir ki, Qarabağ münaqişəsinin həllinə bütün beynəlxalq təşkilatlar öz töhfələrini versin

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2006 13:28 (UTC +04:00)

Azərbaycan tərəfi istəyir ki, Qarabağ münaqişəsinin həllinə bütün beynəlxalq təşkilatlar öz töhfələrini versinlər. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıxov məlumat verib.

"Məlum olduğu kimi, münaqişənin həlli məsələləri ilə bağlı müzakirələr ilk növbədə ATƏT çərçivəsində aparılır. Lakin Avropa Şurası, BMT də bu məsələdə öz yardımını əsirgəmir. Buna nümunə kimi BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsini və Təhlükəsizlik Şurası sədrinin bəyanatlarını göstərmək olar. Lakin biz istəyirik ki, Qarabağ münaqişəsinin həllinə digər beynəlxalq təşkilatlar, o cümlədən də İslam Konfransı Təşkilatı da öz töhvələrini versin" - deyə nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti