...

Ermənistan prezidenti ATƏT-in Minsk Qrupu həmsədrlərini qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2006 13:19 (UTC +04:00)

Dünən Ermənistan prezidenti Robert Köçəryan ölkədə regional səfərdə olan ATƏT-in Minsk Qrupu həmsədrlərini - Yuri Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ) və Bernar Fasyeni (Fransa) qəbul edib.

Ermənistan dövlət başçısının mətbuat xidmətindən "Novosti-Armeniya" agentilyinə verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Görüşdə Qarabağ münaqişəsinin hazırkı nizamlanma prosesi ilə bağlı məsələlər müzakirə olunub.

Elə həmin gün MQ həmsədrlərini Ermənistanın xarici işlər naziri Vardan Oskanyan qəbul edib.

Trend in xəbər verdiyi kimi, Ermənistan XİN-in mətbuat və informasiya idarəsinin məlumatına görə, həmsöhbətlər danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib, o cümlədən münaqişənin nizamlanması perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti