...

Ermənistan XİN başçısı: Qarabağ münaqişəsinin tənzimlənməsi barədə danışıqlar prosesində "imkanlar pəncərəsi" açıq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2006 14:17 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün Yerevanda bəyan edib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi barədə danışıqlar prosesində "həm sülh razılaşmasının prinsiplərinə, həm də bu razılaşmanın nüanslarına dair fikir ayrılıqları qalır". Bu barədə Trend bildirir.

Mediamaks agentliyinin verdiyi məlumata görə, xarici işlər naziri bu gün Yerevanda keçirilən mətbuat konfransında çıxış edərkən bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi üçün "imkanlar pəncərəsi", çox güman ki, hələ 2007-ci ildə də açıq qalacaq.

V.Oskanyan qeyd edib ki, yaxın zamanda Ermənistan və Azərbaycan prezidentləri xarici işlər nazirlərinə danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı konkret təlimatlar verəcək. "Biz əminliklə deyə bilərik ki, proses hələ çıxılmaz nöqtəyə dirənməyib" - deyə V.Oskanyan bildirib.

Rəsmi Bakının münaqişənin tənzimlənməsində Azərbaycanın ərazi əbütövlüyünü, Yerevanın isə Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnu əsas gətirməsi faktını şərh edərək V.Oskanyan bildirib ki, "bu problemin həlli yalnız referendumla mümkündür ki, tərəflərin müzakirə etdiyi sənəddə referendum keçirilməsi barədə təklif verilib".

Nazirin sözlərinə görə, referendum keçirilməsi barədə tərəflər yekun razılaşmaya nail olmadıqları üçün bu məsələnin detalları barədə danışmaq hələ tezdir. V.Oskanyan eyni zamanda bildirib ki, "çox güman ki, referendum Dağlıq Qarabağ ərazisində keçiriləcək və bu referendumda orada yaşamış və yaşayan əhali iştirak edəcək".

Xəbər lenti

Xəbər lenti