...

Ağdamın Yusifcanlı kəndi yaxınlığında monitorinq zamanı atəş qeydə alınmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2007 14:01 (UTC +04:00)

Yanvarın 11-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Ağdamın Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilən monitorinq zamanı atəş qeydə alınmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri, polkovnik-leytenant İmre Palatinus və Jaslan Nurtazin aparıb.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Günter Folk, Piter Ki və Miroslav Iımetal yerinə yetiriblər.

Xəbər lenti

Xəbər lenti