...

ATƏT Minsk qrupunun fransalı və amerikalı həmsədrləri rusiyalı vasitəçinin fikri ilə razı deyillər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2007 18:04 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov yanvarın 25-də Xankəndində deyib ki, Dağlıq Qarabağda həm cari vəziyyət, həm də Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə edilib. Bu barədə Trend Mediamaks agentliyinə istinadən xəbər verir.

Rusiyalı vasitəçi bildirib ki, "biz fikir mübadiləsi apardıq və bir sıra məsələlər üzrə vahid fikrə gəlməyə çalışdıq". Kosovo probleminin nizamlanması barədə suala cavab verən rusiyalı diplomat qeyd edib ki, "bu, presedent yaradacaq, belə ki, ilk dəfə Avropa məkanında söhbət keçmiş muxtariyyatdan gedir".

Bununla yanaşı, ATƏT Minsk qrupunun fransalı və amerikalı həmsədri Bernar Fasye və Metyu Brayza Kosovonun nizamlanma modelindən universal model kimi istifadə etməyə qarşı çıxış ediblər. "Hər bir münaqişənin öz xüsusiyyəti və çətinlikləri var və onların hər birinin öz həllini tapmaq lazımdır", - deyə Metyu Brayza bəyan edib.

Vasitəçilər Xankəndidən Yerevana yola düşüblər.

Xəbər lenti

Xəbər lenti