...

XİN rəhbəri Oskanyan: Ermənistan tərəfi ATƏT-in Minsk qrupunın təkliflərini məntiqi sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2007 15:25 (UTC +04:00)

Trend xəbər verir ki, Ermənistan tərəfi Qarabağ probleminin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunın təkliflərini məntiqi sayır. Bu barədə Niderlandda olan Ermənistan XİN rəhbəri Vadan Oskanyan bildirib.

O deyib: "Danışıqlar masasında həmsədrlərin təklifləri var və biz bu təklifləri məntiqi sayırıq. Əgər problemin tənzimlənməsi bu sənədin məzmunun ruhuna uyğun olacaqsa, biz məsələnin milli maraqlarımıza zidd olmayan həllinə nail olacağıq".

Ermənistan XİN rəhbəri qeyd edib: "Biz Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsini, Ermənisanla qırılmaz əlaqəsini və təhlükəsizliyini təmin edəcəyik. Bu üç müddəa sənəddə təsbit olunub".

Xəbər lenti

Xəbər lenti