...

8 mayın "Azərbaycanın işğal olunmuş əraziləri günü" elan edilməsi təklif olunur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) 8 may - Şuşanın işğal olunduğu günün "İşğal olunmuş ərazilər günü" elan edilməsi təklifi ilə cümə günü Milli Məclisə müraciət göndərib. Bu barədə QAT-dan məlumat verilib.

Müraciətdə bildirilir ki, Azərbaycanın Şuşa şəhərinin işğalından 15 il keçir və hələ də torpaqlar azad edilməyib. Ermənilər Şuşanı "erməni şəhəri" kimi təqdim etməyə və guya on beş il əvvəl şəhərin "azad olunması" haqda yalançı fikir formalaşdırmağa çalışırlar: "Vaxtilə ermənilər tərəfindən İrəvan, Gümrü, Cəlaloğlu və digər yaşayış məntəqələrimizin erməniləşdirilməsinə, onların tarixininin saxtalaşdırılmasına fikir verməmiş, yanlış beynəlxalq rəy yarandıqdan sonra isə heç nə edə bilməmişik. Bu gün də həmin proses gedir və bunun əyani nümunəsi Şuşa ilə bağlı ermənilərin apardığı təbliğat kampaniyasıdır"-deyə bəyanatda bildirilir.

QAT erməni yalanlarının qarşısını almaq üçün Milli Məclis səviyyəsində ciddi işlərin görülməsini, Şuşanın işğal gününün - 8 may tarixinin "Azərbaycanın işğal olunmuş əraziləri günü" kimi qeyd olunmasını təklif edir. İşğal olunmuş ərazilər dedikdə 1905-1906-cı, 1918-1920-ci illər, bütün Sovet dövrü və son illərdə ermənilər tərəfindən zəbt olumuş Azərbaycan torpaqları nəzərdə tutulur.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti