...

ATƏT-in hazırkı sədri məxfi şəraitdə Minsk Qrupunun həmsədrləri ilə Qarabağ problemini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2007 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov, A.İsmayılova/ ATƏT-in hazırkı sədri, İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinos mayın 10-da Madriddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək niyyətindədir. Bu barədə çərşənbə axşamı telefonla Madriddən İspaniya XİN mətbuat xidmətinin nümayəndəsi bildirib. O, görüşdə keçiriləcək müzakirələrin məxfi olması səbəbindən detallar barədə məlumat verməkdən imtina edib.

Daha öncə isə ATƏT-in Minsk Qrupunun rusiyaklı həmsədri Yuri Merzlyakov Madrid görüşünün hazırkı sədr Moratinosun təşəbbüsü ilə keçirildiyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinin detallarının müzakirə olunacağını bildirib.

İki ölkə arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində başlayıb. 1992-ci ildən Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejimi barədə razılığa gəliblər. İndiyə qədər isə Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Mİnsk Qrupunun vasitəçiliyi ilə nəticəsiz sülh danışıqları aparılır.

ATƏT-in MQ həmsədrləri regionda sülh və stabilliyin təmin olunmasına səy göstərilməsinə məsuliyyət daşıyırlar. Münaqişə tərəfləri ilə görüşmək, sülhün əldə olunmasına yardım etmək, tərəflərdə inam yaratmaq məqsədi ilə onlar regiona tez-tez səfərlər edirlər. Vaxtaşırı ATƏT-in fəaliyyətdə olan sədrinə hesabat verirlər. 2007-ci ildən ATƏT-in sədri vəzifəsinə İspaniya XİN rəhbəri Migel Anxel Moratinos seçilib. O, iyunun 4-5-də Azərbaycan və Ermənistana səfər edəcək və ölkə rəhbərləri ilə münaqişənin həlli istiqamətində müzakirələr aparacaq.

Xəbər lenti

Xəbər lenti