...

Prezident aparatının şöbə müdiri: Beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş torpaqlarında yanğınlarla bağlı fikirlərini bildirməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2007 13:43 (UTC +04:00)
Prezident aparatının şöbə müdiri: Beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş torpaqlarında yanğınlarla bağlı fikirlərini bildirməlidir

Azərbaycan, Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanın Ermənstan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarında yanğınlarla əlaqədar Azərbaycan beynəlxalq təşkilat və strukturlara, həmçinin dövlətlərə müraciət etmək niyyətindədir.

Çərşənbə günü Bakıda jurnalistlərə Prezidentin İcra Aparatının xarici əlaqələr üzrə şöbəsinin rəhbəri Novruz Məmmədovun bildirdiyi kimi, Azərbaycan onlardan bu məsələyə ədalətli münasibətlərini bildirməyi tələb edir.

"Ermənistan torpaqların yandarılması üzrə dəfələrlə provakasiya hərəkətləri həyata keçirib, sonra isə bu yanğınları öz-özünə alışma kimi təqdim edib. Azərbaycan QHT-ləri və burada fəaliyyət göstərən beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı fikirlərini bildirməlidir", - deyə Məmmədov bildirib.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yanğınlar ilk dəfə keçən ilin yayında baş verib. Dünəndən yanğınlar Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Füzuli və Goranboy rayonlarında müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti