...

Ermənilər Ağdamın işğal olunan ərazilərində yenidən yanğınlar törədiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri çərşənbə günü gecə saat 23:00 radələrindən başlayaraq Ağdam rayonunun işğal olunan ərazilərində yenidən yanğınlar törətməyə başlayıb. Trend in bölgə müxbirinin sözlərinə görə, cümə axşamı səhərə qədər davam edən yanğın geniş miqyas almadığı üçün yaşayış məntəqələrinə keçməyib. Hazırda ərazilərdə tüstü müşahidə olunur.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən qoşunların təmas xəttində törədilən yanğınlarla bağlı monitorinqlərin aparıldığını və təbiətə dəyən ziyanın müəyyənləşdirildiyini bildiriblər.

Ağdam paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti