...

Dünya ictimaiyyəti növbəti dəfə bəyan edib ki, Dağlıq Qarabağda keçirilən istənilən seçki tanınmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2007 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Dünya ictimaiyyəti növbəti dəfə bəyan edib ki, Dağlıq Qarabağda keçirilən istənilən seçki tanınmayacaq. Bu barədə cümə axşamı Strasburqda Serbiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Vuk Jeremik bildirib.

AŞ PA-nın yay sessiyasında Jeremik qeyd edib ki, 2006-cı ildə Dağlıq Qarabağda keçirilmiş konstitusiya referendumu, həmçinin qondarma "respublika"da iyulun 29-na planlaşdırılmış prezident seçkiləri münaqişənin həllinə xidmət edə bilməz və danışıqlar prosesini çətinləşdirir.

Azərbaycan nümayəndə heyətinin Dağlıq Qarabağda prezident seçkiləri ilə bağlı sualına cavab verərkən nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi üzrə mövqe dəyişilməyib. Avropa Şurasına daxil olarkən Azərbaycan və Ermənistan münaqişəni sülh yolu ilə həll etmək öhdəliyi götürüblər. Nazirlər Kabineti ATƏT-in Minsk Qrupunun yardımı ilə artıq bir neçə ildir Azərbaycan və Ermənistan arasında aparılan danışıqları dəstəkləyir.

O, Azərbaycan və Ermənistanda, həmçinin ümumilikdə Cənubi Qafqazda sülh və sabitliyin olmasında maraqlı olduqlarını söyləyib. Danışıqlar vasitəsilə razılığa gəlinməsi hər iki ölkə üçün vacibdir, - deyə Jeremik bldirib.

Xəbər lenti

Xəbər lenti