...

Ermənistan silahlı qüvvələri yenə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2007 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 21-də saat 00.01-dən 01.00-dək Daşkəsən rayonunun ərazisindəki Ağdağ dağında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub. Bu barədə şənbə günü Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, cavab atəşi ilə düşmək susdurulub, itki yoxdur.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti